RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

18 şəkil

Əmlak haqqında

Otaq sayı
2
Sahə
65 m²
Mərtəbə
14/17
Təmir
Təmirli
Növü
Yeni tikili
İstilik
Kombi
Əşya
Var
Lift
Var
Balkon
Var
Kondisioner
Var
Hovuz
Var
Metro
Azadlıq prospekti · 5 dəq piyada

Bina 8-ci Mikrorayonun ən pristijli ərazisində yerləşir. Azadlıq metrosuna 5 dəqiqə, Gənclik metrosuna 10 dəqiqəlik məsafədə. MEDERA HOSPİTAL-ın yerləşdiyi yaşayış kompleksinin ən son inşa edilmiş blokudur. MƏNZİL ƏŞYALARIYLA BİRLİKDƏ SATILIR. Çox az yaşayış olub.Mebellər İstikbal və Bellonadan alınıb. Samsung soyuducu, LĞ paltaryuyan, 2 ədəd Gree kondisioner və s. əşyalarla təchiz edilib. Mətbəx mebeli ən keyfiyyətli taxta növündən hazırlanıb. İstilik sistemi Kombidir, polların kermoqranit hissələri isti poldur. Otaqlar əla növ parketdir. Eyvanın açıq hissəsi Camşüşə ilə bağlanıb. Mənzil satış üçün yox, özü yaşamaq üçün ən yüksək keyfiyyətli materiallarla təmir edilib (Makler evi deyil). Mənzilin şəhərə və dənizə gözəl mənzərəsi var. Binanın Sigma tipli 2 lifti, yeraltı dayanacağı, və geniş həyəti var. Liftin -1-ci mərtəbəsindən hovuza və fitnes zalına birbaşa giriş var. Binanın ətrafinda məktəblər, bağçalar, böyük marketlər və ticarət mərkəzləri mövcuddur. İnfrastruktur cəhətdən mükəmməl ərazidə yerləşir. Çıxarış var, qeydiyyatda heçkim yoxdur, ipotekaya yararlıdır. Real aclı olarsa qiymətdə razılaşmaq mümkündür.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az