RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

16 şəkil

Əmlak haqqında

Otaq sayı
2
Sahə
100 m²
Mərtəbə
16/19
Təmir
Təmirli
Növü
Yeni tikili
İpoteka
Var

Tibb Universitetinin yaxınlığında, Semaşko xəstəxanasının arxasında yerləşən premium yeni tikili binada qanuni 2 otaqlı, tam təmirli və əşyalı mənzil təcili satışa çıxarılıb. Mənzil binanın 16-cı mərtəbəsində yerləşir. Ümumi sahəsi geniş və funksional planlaşdırılıb. Mənzildə geniş giriş hissəsi (hol), işıqlı qonaq otağı, ayrıca mətbəx, yataq otağı, eləcə də ayrı sanitar qovşağı və hamam mövcuddur. Bina əlverişli və prestijli ərazidə yerləşir. Yaxınlığında Olimpik Star, Niagara Restoranı, ASAN Xidmət, Ege Hospital, Avrasiya Klinikası və digər vacib infrastruktur obyektləri fəaliyyət göstərir. Binanın geniş həyəti, müasir lifti və sakinlərin istifadəsi üçün özünəməxsus yeraltı qarajı mövcuddur. Bu ərazidə qanuni 2 otaqlı mənzillər satışa çox nadir hallarda çıxır. Həm yaşayış, həm də investisiya məqsədi üçün olduqca əlverişli seçimdir. Sənədlər tam qaydasındadır. Çıxarış (kupça) mövcuddur. Ofis haqqı 1% təşkil edir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az