Əmlak haqqında
- Otaq sayı
- 3
- Sahə
- 90 m²
- Torpaq
- 56,00 sot
- Təmir
- Təmirli
- Növü
- Həyət evi / Villa
- İpoteka
- Var
Təyinatı - yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü - xüsusi. Sənəd - ev və torpağın çıxarışı, ipotekaya - yararlıdır. Torpaq sahəsi, sənədlə 56 sotdur, əlavə 30 sot civarı bələdiyyə torpağı da var. Bölünüb satıla bilər - 20 / 35 sot arası, uyğun gələn ölçüdə (bölünmə xərcləri alıcıya məxsusdur). Həyətdə - köhnə tikili, lakin səliqəli və yaşayışa hazır 1 mərtəbə, kürsülü ev də mövcuddur. Qonaq otağı, mətbəx, 2 yataq otağı və sanuzeldən ibarətdir. Ev ilə birlikdə, 56 sot sənədli sahə, ümumilikdə - 170.000 manata, 56 sotdan əlavə mövcud 30 sot civarı bələdiyyə torpağı - sotu, 1500 manatdan təklif olunur. Həyətdə - müxtəlif növdə, bar verən, meyvə ağacları mövcuddur. Yol, asfaltdır (400 metr civarı hamar torpaq yol istisna). İşıq, internet, bulaq suyu - kəsintisiz. 3 tərəfdən dağlara mənzərə açılır, həmçinin, torpağa yaxın çayın bir qolu keçir. Şəkillər, yaxınlaşdırılmadan çəkilib və dağlara qədər olan məsafə, görünən kimidir. Kənd mərkəzi, dəniz səviyyəsindən 810 metr hündürlükdə yerləşir. Nə aran səviyyəsində deyil, nə də çox yüksəkdə. Ünvan - Həmzəli, Bum və Qəmərvan kəndlərinin yanında yerləşən Tikanlı kəndidir.