AZ

Вход через WhatsApp

Без пароля — отправим код на ваш номер.

20 фото

Об объекте

Комнат
5
Площадь
142 m²
Тип
Дом / Вилла
Ремонт
С ремонтом
Отопление
Комби
Балкон
Есть
Купчая
Есть

🔥 Əziz Xudat camaatı və dəyərli qonaqlar! ✨ Xudat şəhərinin gözəl və rahat ərazilərindən birində - şəhərinin ən rahat və əlverişli nöqtələrindən birində — Böyük bazara və FoodCity Aqrokompleksə yaxın ərazidə, 3-cü şöbə yolunda yerləşən bu müasir və keyfiyyətli tikili ev həm geniş ailə həyatı, həm də gəlirli yatırım üçün ideal seçimdir. 🏡 4 sot torpaq sahəsində inşa edilmiş, tam 2 mərtəbəli, 5 otaqlı bu yaraşıqlı ev yüksək keyfiyyətlə tikilib. Ümumi sahəsi 142 kv.m olan ev geniş və rahat layihəsi ilə seçilir. 🏡 Ev qoşa daşla inşa olunub — divar qalınlığı 40 sm-dir, bu da həm möhkəmlik, həm də istilik izolyasiyası baxımından üstünlük təmin edir. ✨ Evin əsas üstünlükləri: • Tam 2 mərtəbəli müasir layihə • 5 otaq • Geniş zal və rahat mətbəx • Böyük hamam-sanitar qovşağı • 3 yataq otağı • Qarderob otağı • Balkon və mənzərəli eyvan • Kombi sistemi və radiator istilik sistemi • Qaz, işıq, su, internet xətləri tam hazır • 4 tərəfi bağlı həyət • Rahat giriş-çıxış 🏔 Evin yuxarı mərtəbəsində yerləşən eyvandan açılan gözəl mənzərə isə bu evi daha xüsusi edir. Buradan Şahdağın görüntüsü görünür, ətraf isə sakitlik və yaşıllıqla əhatə olunub. 📍 Yerləşmə baxımından da çox əlverişlidir: • Xudatın Böyük Bazarına yaxın • Asfalt yola yaxın məsafədə • Şəhid Bulağının yanında • Xudat 1 nömrəli məktəbə yaxın • Nabran və dəniz istiqamətinə rahat çıxış, cəmi 7-8 dəqiqəlik məsafədə. 📍Əlavə olaraq, ev FoodCity Aqrokompleks yaxınlığında əlverişli ərazidə yerləşir. 📄 Sənədlər tam qaydasındadır — həm evin, həm torpağın kupçası mövcuddur. 🎨 Ev tam təmirlidir, yalnız divar kağızı (aboy) işləri qalıb ki, yeni sahibi öz zövqünə uyğun şəkildə tamamlasın. 🏠 Zövqlə tikilmiş, geniş, işıqlı və ailə rahatlığı düşünülərək layihələndirilmiş bu ev sizi ilk baxışdan cəlb edəcək. 🏡 Bu ev həm böyük ailənin rahat yaşayışı, həm də yatırım məqsədi üçün ideal seçimdir. Bakıdan gəlib istirahət evi kimi istifadə etmək, günlük və ya mövsümi kirayə vermək üçün olduqca uyğun variantdır. 📍Nabran və dəniz istiqamətinə yaxın yerləşməsi, turistik zonaya rahat çıxışı isə gələcəkdə əmlakın dəyərinin artmasına səbəb olacaq əsas üstünlüklərdəndir. 📞 Ətraflı məlumat üçün qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayın.

Расположение

Приблизительное расположение — точный адрес в объявлении не указан.

Похожие объявления

Открыть на источнике — Tap.az