AZ

Вход через WhatsApp

Без пароля — отправим код на ваш номер.

14 фото

Об объекте

Комнат
2
Площадь
100 m²
Этаж
12/17
Ремонт
Təmirli
Тип
Новостройка
Ипотека
Есть

Memar Əcəmidə! Asif Məhərrəmov küçəsində Qanuni 2 otaqlı, Geniş mənzil satılır! Nəsimi rayonu, Memar Əcəmi metro stansiyasının yaxınlığı, Asif Məhərrəmov küçəsi. Mərtəbə: 17 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsi. Sahəsi: 100 kv.m. Otaq sayı: Qanuni 2 otaq (Geniş və rahat layihə). Kommunikasiya: Qaz, su, işıq daimidir. İstilik sistemi Kombidir. Mənzil haqqında ətraflı: Memar Əcəmi metrosuna piyada məsafədə, şəhərin ən infrastrukturla zəngin küçələrindən biri olan Asif Məhərrəmovda mənzil satılır! Mənzil yaxşı təmirlidir, otaqların planlaması çox rahatdır. Ən böyük üstünlüklərindən biri qarşısının tamamilə açıq olmasıdır — ev günün bütün saatlarında birbaşa gün işığı görür, parlaq və fərah atmosferə malikdir. Binanın üstünlükləri: Bina yüksək tikinti keyfiyyətinə malikdir. Sakinlərin təhlükəsizliyi üçün 7/24 mühafizə xidməti və videomüşahidə sistemləri fəaliyyət göstərir. Sakinlər üçün yeraltı avtodayanacaq (parkinq) mövcuddur ki, bu da ərazidəki avtomobil sıxlığı problemini tamamilə həll edir. Sürətli və səssiz liftləri var. İnfrastruktur: Binanın ətrafında yaşayış üçün zəruri olan hər şey var: metro stansiyası, avtobus dayanacaqları, məktəblər, uşaq bağçaları, böyük supermarketlər, apteklər və iaşə obyektləri. Qiymət: 257 000 AZN

Расположение

Похожие объявления

Открыть на источнике — Bina.az