AZ

Вход через WhatsApp

Без пароля — отправим код на ваш номер.

20 фото

Об объекте

Комнат
3
Площадь
130 m²
Этаж
11/18
Тип
Новостройка

HƏSƏN ƏLİYEVDƏ PREMİUM LÜKS 3 OTAQLI MƏNZİL Ege Hospitalın üzbəüzündə yerləşən 18 mərtəbəli yeni tikili binanın 11-ci mərtəbəsində ümumi 3 otaqlı, tam təmirli və bütün əşyalarla təmin olunmuş mənzil satışa təqdim olunur. Mənzilin sahəsi müqavilədə 130 kv.m, çıxarışda isə 107,3 kv.m göstərilib. Mənzildə mətbəxlə qonaq otağının arası açılaraq geniş və komfortlu 70 kv.m-lik vahid yaşam sahəsi yaradılıb. Bundan əlavə, 2 geniş yataq otağı mövcuddur. Mənzil tam mebel və məişət texnikası ilə birlikdə satılır. Soyuducu, qaz plitəsi, soba, paltaryuyan və qabyuyan maşın Bosch markasındadır. Bütün məişət avadanlıqları üçün ayrıca stabilizatorlar quraşdırılıb. Mənzildə həm ümumi istifadə, həm də içməli su üçün filtr sistemi mövcuddur. Hamam otağında jakuzzi yerləşir. Balkonlar şüşələnərək cam balkonla bağlanıb. Balkonlardan biri əlavə olaraq qaz və su ilə təmin olunub. Binanın blok giriş qapısı və sərnişin lifti kart sistemi ilə işləyir. Bina həyəti mühafizə olunur və səliqəli vəziyyətdə saxlanılır. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir.

Похожие объявления

Открыть на источнике — Yeniemlak.az