RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

Dəstək

Tez-tez verilən suallar

Giriş kodu gəlmir

Kod nömrənizə WhatsApp ilə göndərilir, SMS ilə yox. Nömrənin düzgün yazıldığını (məsələn, 50 123 45 67) və WhatsApp-ın həmin nömrədə işlədiyini yoxlayın. Yeni kod üçün bir neçə saniyə gözləyin; ardıcıl sorğular qısa müddətə məhdudlaşdırılır.

Hesabımı necə silim

Tətbiqdə Hesab → Hesabı sil, saytda isə hesabı silmə səhifəsi. Nömrəniz, seçilmişləriniz və izlədiyiniz axtarışlar birdəfəlik silinir.

Bildiriş gəlmir

Tətbiqdə bir axtarışı izləyin və bildirişlərə icazə verin. İcazəni səhvən rədd etmisinizsə, telefonun ayarlarından BirƏmlak üçün bildirişləri açın.

Elan səhvdir və ya artıq aktual deyil

Elanlar mənbə saytlardan götürülür. Məlumatı düzəltmək və ya elanı silmək üçün elanın dərc olunduğu mənbə saytla əlaqə saxlayın; dəyişiklik bizdə də görünəcək.

Qiymət təxmini necə hesablanır

Satışda olan oxşar elanların qiymətinə əsasən. Bu, ekspert qiymətləndirməsi deyil; ətraflı İstifadə şərtlərində.

Məxfilik

Hansı məlumatı topladığımızı Məxfilik siyasətində oxuya bilərsiniz.

Əlaqə

Sualınız, tələbiniz və ya şikayətiniz üçün: dashginkhudiyev@gmail.com.