RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
5
Sahə
210 m²
Mərtəbə
9/9
Təmir
Təmirli
Növü
Yeni tikili
İpoteka
Var
İstilik
Kombi
Əşya
Var
Balkon
Var
Kondisioner
Var

Binanın inşa ili 2001-dir, 9 mərtəbədən və bir mansard mərtəbəsindən ibarətdir. “Çıxarış” üzrə sahə 92.8 kv.m göstərilsə də, real sahə 9-cu mərtəbədə 105 kv.m + mansardda 105 kv.m-dir. Ümumi otaq sayı: 5. Umumi sahə-210 kv 9-cu mərtəbədə: 3 otaq + 1 mətbəx + 1 sanitar qovşağı yerləşir. Mansard mərtəbəsində: 2 otaq + 1 dəhliz (garderob kimi istifadə olunur) + 1 sanitar qovşağı + 1 bağlı balkon (cam balkon) + 2 açıq balkon + 2 yardımçı otaq (onlardan birində 4 tonluq su çəni və müstəqil təminat üçün "Espa" motoru yerləşir). Mənzildə restavrasiya edilmiş təmir aparılıb, bahalı materiallardan istifadə olunub: bütün otaqlarda "Loba" (Almaniya/İtaliya) markalı ən bahalı lakla örtülmüş təbii parket döşəmə var. Güclü "Viessmann" kombi sistemi hər iki mərtəbəni cəmi 2 saata tam isidir. Dəhlizdə, sanitar qovşaqlarında və mətbəxdə "isti döşəmə" mövcuddur. Bütün otaqlarda kondisionerlər quraşdırılıb. Mətbəxdə həm paltaryuyan, həm də qab yuyan maşın var. Otaqlarda gizli işıqlandırma, bütün vkluçatel və rozetkalar (Cheil/Panasonic) işıqlandırmalı modellərdəndir. Yataq və qonaq otağında Türkiyə istehsalı bahalı, təbii ağacdan hazırlanmış mebel yerləşdirilib. Qiymət: mebel və texnika ilə birlikdə — 450.000 AZN, mebelsiz və texnikasız — 430.000 Ofis haqqı 1% təşkil edir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az