RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
85 m²
Mərtəbə
2/9
Təmir
Təmirli
Növü
Köhnə tikili
İstilik
Kombi
Layihə
Leninqrad layihəsi
Əşya
Var
Lift
Var
Metro
Xalqlar Dostluğu

İPOTEKAYA YARARLIDIR.! Xalqlar Dostluğu metrosunun yaxınlığında, Qara Qarayev prospektində, Kontak Home-un , Səhət Klinikasının yaxınlığında yerləşən 9 mərtəbəli Leninqrad layihəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan qanuni 3 otaqlı mənzil təcili satılır. Mənzil tam təmirlidir, yaşayış üçün tam hazır vəziyyətdədir və mebellə təmin olunub. Otaqlar iç-içə deyil, rahat və funksional planlaşdırmaya malikdir. Binada lift mövcuddur. Mənzilin istilik sistemi kombidir, qazı, suyu, işığı və interneti daimidir. Səliqəli və baxımlı həyəti olan binada sakinlər üçün avtomobil saxlamağa da yer mövcuddur. Mənzilin yerləşdiyi ərazi xüsusilə uşaqlı ailələr üçün olduqca əlverişlidir. Binanın düz qarşısında 175 saylı “Şənlik” uşaq bağçası, bir-birinin yanında isə 2 məktəb yerləşir. Bu baxımdan uşaqların məktəbə və bağçaya rahat gedib-gəlməsi üçün çox əlverişli və ideal lokasiyadır. Xalqlar Dostluğu metrosu, marketlər, bazar, restoranlar, banklar, apteklər və gündəlik həyat üçün lazım olan digər bütün infrastruktur obyektləri piyada məsafəsində yerləşir. Həm rahat yaşayış, həm də gələcəkdə dəyərini qoruyacaq əmlak axtaranlar üçün çox əlverişli seçimdir. Mənzil sənədləri qaydasındadır ,çıxarış(kupça) var və təcili satılır. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az