RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

8 şəkil

Əmlak haqqında

Sahə
531 m²
Təmir
Təmirsiz
Növü
Obyekt / Ofis

Şəhərin mərkəzində, prestijli və nəqliyyat baxımından əlverişli ərazidə yerləşən şəhər mənzərəli müasir biznes mərkəzinin 18-ci mərtəbəsində, 530 kv.m sahəsi olan dekorasiyasız ofis sahəsi icarəyə verilir. İcarə haqqı 25 AZN/kv.m-dir. Bundan əlavə 18-ci və 19-cu Mərtəbələr ayrı-ayrılıqda 530 kv.m və ya birlikdə ümumilikdə 1.060 kv.m ofis sahəsi kimi icarəyə götürülə bilər. Dekorasiyasız sahələr şirkətinizin korporativ kimliyinə, komanda strukturuna və iş modelinə uyğun olaraq tamamilə sizə özəl şəkildə layihələndirilə bilər. Kolektif House-un peşəkar komandası dizayn və layihələndirmədən tikinti və təmir işlərinə, mebel və avadanlıq təminatından ofisin istifadəyə hazır vəziyyətə gətirilməsinə qədər bütün prosesi sizin üçün idarə edə bilər. Ofis istifadəyə verildikdən sonra təmizlik, mühafizə, texniki dəstək və digər əməliyyat xidmətlərini də Kolektif House vasitəsilə əldə edə bilərsiniz. Beləliklə, ofisinizin dizaynından gündəlik fəaliyyətinə qədər ehtiyac duyduğunuz bütün xidmətləri vahid mərkəzdən idarə edə bilərsiniz. İstər 530 kv.m-lik bir mərtəbəni, istərsə də ümumilikdə 1.060 kv.m sahəsi olan iki mərtəbəni seçin — Kolektif House ilə şirkətinizə uyğun açar təslim iş mühiti yarada bilərsiniz. Ətraflı məlumat və ofislərə baxış üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az