RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

6 şəkil

Əmlak haqqında

Sahə
56 m²
Torpaq
56,00 sot
Növü
Torpaq

Təyinatı - yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü - xüsusi. Sənəd - çıxarış. Torpaq sahəsi sənədlə 56 sotdur, əlavə ərazisi də var. Bölünüb satıla bilər - quruluşa uyğun 10-35 sot arası, uyğun gələn ölçüdə (bölünmə xərcləri alıcıya məxsusdur). Həyətdə müxtəlif növdə bar verən meyvə ağacları mövcuddur. Yolu asfaltdır (400 metr civarı hamar torpaq yol). İşıq, internet, bulaq suyu - kəsintisiz. Həyətdə köhnə tikili, lakin səliqəli və yaşayışa uyğun ev də mövcuddur. 3 tərəfdən dağlara mənzərə açılır, torpağa yaxın çayın bir qolu keçir. Şəkillər yaxınlaşdırılmadan çəkilib, dağlara məsafə görünən kimidir. Kənd mərkəzi, dəniz səviyyəsindən 810 metr hündürlükdə yerləşir. Nə aran səviyyəsində deyil, nə də çox yüksəkdə. Ünvan - Bum və Qəmərvan kəndlərinin yanında yerləşən Tikanlı kəndidir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az