RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
197 m²
Mərtəbə
2/2
Təmir
Yaxşı
Növü
Həyət evi / Villa
İpoteka
Var

Sabunçu rayonu, Pirşağı qəsəbəsində, İkinci Savxoz kimi tanınan ərazidə, “Omar Atçılıq”ın yaxınlığında 2 mərtəbəli həyət evi satılır. Ev Mehdiabaddan Pirşağı istiqamətində hərəkət edərkən yolun sağ tərəfində, 188 saylı orta məktəbin düz yanında yerləşir. Evin daxili sahəsi 197 m², ümumi tikili sahəsi isə təxminən 240 m²-dir. Çıxarışda torpaq sahəsi 2,8 sot göstərilsə də, faktiki istifadə olunan torpaq sahəsi təxminən 4 sotdan çoxdur. Ərazidə qaz, su, işıq, kanalizasiya və internet fasiləsizdir. Dövlət kanalizasiya sistemi mövcuddur. Güclü və uzunmüddətli yağışlar zamanı belə ərazidə su yığılması problemi yaşanmır. Ərazi sakit, yaşıllıqla zəngin və yaşayış üçün əlverişlidir. Bu ərazidə çıxarışlı evlər çox azdır, satışda olan evlərə isə demək olar ki, rast gəlinmir. Həyətin əsas üstünlüklərindən biri də məxfiliyidir. Həyət qonşu evlərdən görünmür və ailə üçün rahat, şəxsi mühit yaradır. Satış şərtləri: Nağd qiymət: 165 000 AZN Kreditlə ilkin ödəniş: 70 000 AZN Qalıq ipoteka borcu: 102 000 AZN Qalan müddət: 298 ay Aylıq ödəniş: 700 AZN Geniş sahəsi, 2 mərtəbəli tikilisi, çıxarışlı olması, inkişaf etmiş infrastrukturu, fasiləsiz kommunal xidmətləri və uzunmüddətli ipoteka imkanı ilə bu ərazidə nadir satış variantlarından biridir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Ipoteka.az