RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

10 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
75 m²
Mərtəbə
2/5
Təmir
Təmirli
Növü
Köhnə tikili
Metro
Xalqlar Dostluğu · 10 dəq piyada

XALQLAR DOSTLUĞU METROSUNUN YAXINLIĞINDA QANUNİ 3 OTAQLI MƏNZİL SATILIR! Bəkir Çobanzadə küçəsində, Minsk layihəli 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, orta blokda yerləşən qanuni 3 otaqlı mənzil satışa çıxarılıb. Mənzilin sənədi Kupça (Çıxarış)-dır. Su, qaz və işıq daimidir. Xalqlar Dostluğu metrosuna piyada təxminən 10 dəqiqəlik məsafədə yerləşir. Dayanacaqdan isə avtobusla metroya cəmi 3 dəqiqəyə çatmaq mümkündür. Binanın tam yaxınlığında 2 məktəb və 2 uşaq bağçası yerləşir. Ərazidə həmçinin özəl kurslar, stadion, idman məktəbi, 2 park və əyləncə mərkəzləri mövcuddur. Uşaqlar və böyüklər üçün dövlət xəstəxanaları, özəl klinikalar, 24 saat fəaliyyət göstərən böyük market və aptek mənzilə yaxın məsafədədir. 8-ci kilometr bazarı isə təxminən 800 metr piyada məsafəsində yerləşir. Məhəllə sakit və təhlükəsizdir, qonşular mehribandır. Bütün blokların qarşısı projektorlarla işıqlandırılıb, ərazidə 4 nəzarət kamerası mövcuddur. Giriş qapıları domofon sistemlidir. Hazırda məhəllədə abadlıq və təmir işləri aparılır. Ailə ilə rahat və komfortlu yaşayış üçün olduqca əlverişli seçimdir. Real müştəriyə endirim olunacaq. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.

Yerləşmə

Təxmini yer — dəqiq ünvan elanda göstərilməyib.

Oxşar elanlar

Mənbədə bax — Yeniemlak.az