RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
130 m²
Mərtəbə
1/1
Təmir
Əla
Növü
Həyət evi / Villa
İstilik
Kombi
Hovuz
Var

Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıqda, Aida Parkın yaxınlığında yerləşən bu müasir villa rahat və prestijli yaşayış axtaranlar üçün əla seçimdir. 4 sot torpaq sahəsində inşa edilmiş, 130 kv.m sahəyə malik ev yüksək zövqlə təmir olunub və hər detalında keyfiyyət hiss olunur. Villa 3 geniş yataq otağı, işıqlı qonaq otağı, rahat mətbəx və 2 sanitar qovşaqdan ibarətdir. Sanitar qovşaqlardan biri master yataq otağının daxilində yerləşir. Evin hər bir hissəsində müasir dizayn elementləri, xüsusi işıqlandırma sistemi və isti döşəmə komfortu yaradılıb. Kombi sistemi ilə təchiz olunan ev ilin bütün fəsillərində rahat yaşayış təmin edir. Həyəti tamet döşənib, dekorativ ağaclarla yaşıllaşdırılıb. Həyətdə filtrli hovuz, istirahət üçün söhbətgah, əlavə saxlanc otağı və ayrıca sanitar qovşaq mövcuddur. Geniş veranda evə xüsusi gözəllik qatır, mətbəxdən birbaşa verandaya çıxış isə ailəvi istirahət və qonaq qəbulu üçün ideal şərait yaradır. Əsas yoldan cəmi 200 metr məsafədə yerləşən villa sakit və tam yaşayışlı məhəllədədir. Yaxınlıqda məktəb, uşaq bağçası və supermarketlərin olması gündəlik həyatı daha da rahat edir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Ipoteka.az