RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
6
Sahə
350 m²
Torpaq
7,00 sot
Təmir
Təmirli
Növü
Həyət evi / Villa
İstilik
Kombi
Tikinti materialı
Monolit
Əşya
Var
Parkinq
Var
Kondisioner
Var
Hovuz
Var

Bağ evi Şüvəlanda Mayak adlanan ərazidə bağ massivində yerləşir. Torpağın ümumi sahəsi 7 sotdur və çıxarışı mövcuddur. Qaz, 3 faza işıq, və suvarma üçün ayrıca su xətti mövcuddur. Yüksək sürətli internet xəttinə qoşulmuşdur. Evin ana elektrik xətti stabilizator və avtomatik işə düşən 12 kva dizel generatorla təchiz edilmişdir. Ev əşyasız satılır. Bağ 2 müstəqil tikilidən ibarətdir. Monolit betonla inşa edilmiş 350 kvadrat metrlik əsas ev tam təmirli və əşyalı 5 yataq və 1 qonaq otağı, 1 mətbəxdən ibarətdir. Keramoqranit örtük olan hər yer isti poldur. İstilik sistemi kombidir. Ayrıca su qızdırıcı mövcuddur. 10 tonluq yeraltı su çəni, 2 avtomobillik qarajı mövcuddur. Qarajdan evə giriş vardır. İkinci tikili metal konstruksiyadan və yalnız təbii materiallardan istifadə etməklə inşa edilmiş 2 mərtəbəlidir. Xarici və daxili divarların üzlənməsində Ukrayna istehsalı olan təbii ağaclardan və ABŞ istehsalı olan ağac yağından istifadə edilmişdir. Birinci mərtəbə tam təchizatlı idman zalı, sanitar qovşaq və ayrıca hamam otağından, ikinci mərtəbə isə tam təchizatlı iş və istirahət otağından ibarətdir. Həyətdə isti döşəmə və kondisioner ilə təchiz edilmiş yay-qış mətbəxi mövcuddur. Paket şüşələr tam açılır. İçəridə motorlu havalandırması olan manqal tikilmişdir. Həyətdə filtrli hovuzu və çoxsaylı həmişə yaşıl ağaclar mövcuddur.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az