RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

14 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
110 m²
Mərtəbə
5/5
Təmir
Təmirli
Növü
Yeni tikili
Tikinti materialı
Daş
Əşya
Var
Parkinq
Var
Metro
İnşaatçılar · 5 dəq piyada

YASAMALDA 4 OTAQLI MƏNZİL SATILIR!! . Yasamal rayonu, İnşaatçılar metrosuna cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşən bu mənzil şəhərin ən rahat və əlverişli ərazilərindən birində satışa təqdim olunur. 5 mərtəbəli eksperimental daş binanın 5-ci mərtəbəsində yerləşən mənzil həm planına, həm də yerləşməsinə görə diqqət çəkir. Ümumi sahəsi 110 kv.m olan mənzil qanuni 4 otaqlıdır və funksional şəkildə 3 otağa düzəldilmişdir. Geniş və işıqlı otaqlar yaşayış üçün maksimum komfort təmin edir. Mənzil yaxşı təmirlidir, döşəməsi keyfiyyətli parketdir və bütün lazımi əşyalarla birlikdə satılır. . Mənzilin üstünlüklərindən biri də dam hissəsinin xüsusi izolasiya olunmasıdır ki, bu da həm istilik, həm də rütubət baxımından əlavə üstünlük yaradır. Binada qaz, su və işıq daimidir, kommunal problemlər yoxdur. Həyətində şlaqbaum sistemi ilə qorunan parkinq mövcuddur ki, bu da avtomobil sahibləri üçün əlavə rahatlıq təmin edir. Ətrafda məktəblər, uşaq bağçaları, iri marketlər, klinikalar və gündəlik həyat üçün lazım olan bütün iaşə obyektləri mövcuddur. Nəqliyyat baxımından da çox əlverişli mövqedədir. İnşaatçılar metrosuna yaxınlığı ilə yanaşı, şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən çoxsaylı marşrut xətləri mövcuddur. . Sənədi tam qaydasındadır – kupça (çıxarış) mövcuddur. Bu mənzil həm rahat yaşayış üçün, həm də gələcəkdə dəyər qazandıracaq sərfəli investisiya üçün ideal seçimdir. . Ətraflı məlumat və baxış üçün zəng və ya WhatsApp. Xidmət haqqı 1%

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az