RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

3 şəkil

Əmlak haqqında

Torpaq
30,00 sot
Növü
Torpaq

Göygöl rayonu, Göyçəkənd kəndində 0.3 ha (30 sot) yaşayış məntəqəsi torpağı (tikinti üçün icazəli həyət yeri) satılır. Yeni formatda çıxarışı (kupçası) var. Elektrik, qaz, su və internet xətləri küçədən keçir. Kəndin əsas yolundan 2 küçə aralıdır. Ətrafında yaşayış evləri və alma bağı var, arxa tərəfi isə əkin sahələridir. Kəpəz dağına və ətrafındakı digər yüksəkliklərə panorama mənzərəsi var. Həyətin içi əsasən düz yerdir, az hissəsi isə nisbətən mailidir. Həyətdə kürsüyə qədər qaldırılmış 2 otaq, bir zaldan ibarət tikili (armatur betonla bünövrə tökülüb və kürsünün üstündən həmin qaydada qurşaq qoyulub) və tualet var. Küçə tərəfdən 33 metrlik uzunluğu 2.4 m hündürlüyü olan çöl barı çəkilib. Qonşu həyətlərlə arası dəmir tora (setkaya) alınıb. Həyətdə əlavə olaraq təxmini 2000 ədəd kubik də var.

Mənbədə bax — Tap.az