RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

14 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
123 m²
Mərtəbə
13/17
Təmir
Təmirli
Növü
Yeni tikili
İpoteka
Var

Elmlər Akademiyası yaxınlığında, Mirəli Seyidov küçəsində (3 saylı ASAN Xidmət və Yasamal bazarının yanı) 3 otaqlı əla mənzil satılır. Bina 17 mərtəbəlidir, mənzil 13-cü mərtəbədə yerləşir. İşıqlı və geniş otaqları var. Mənzildə 2 sanuzel və 2 balkon (biri açıq, digəri bağlı) mövcuddur. Sənədi çıxarışdır (kupça) və ipotekaya tam yararlıdır. Bir məqamı xüsusi qeyd edim: mənzilin sahəsi çıxarışda rəsmi olaraq 123 kv.m-dir. Əksər elanlarda bu tipli mənzilləri sahəsini şişirdərək 130 kv.m kimi qeyd edirlər. Mən alıcını yanıltmamaq və ipoteka rəsmiləşdirməsi zamanı sonradan hər hansı sürprizlə qarşılaşmamaq üçün yalnız sənəddəki real rəqəmi yazıram. Nəyə ödəniş etdiyinizi dəqiq bilməyiniz və dürüstlük mənim üçün hər şeydən önəmlidir. Alqı-satqı prosesi hüquqi cəhətdən tam şəffaf aparılacaq. İlk addım kimi rəsmi beh müqaviləsi bağlanacaq ki, tərəflərin hər ikisinin hüquqları sığortalansın. Real alıcı ilə mənzilə baxdıqdan sonra yerində endirim danışmaq olar. Evə baxmaq və ya əlavə suallarınız üçün zəng edə bilərsiniz.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az