RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

12 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
100 m²
Mərtəbə
15/20
Təmir
Təmirli
Növü
Yeni tikili

***GƏNCLİKDƏ PREMIUM 3 OTAQLI MƏNZİL*** Bakı şəhərinin mərkəzində, Azadlıq prospektində, Tibb Universitetinin tam yanında yerləşən premium yaşayış binasında geniş və zövqlə təmir olunmuş mənzil satışa təqdim olunur. Mənzil şəhərin ən əlverişli və mərkəzi lokasiyalarından birində yerləşməsi ilə seçilir. 20 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 100 kv.m-dir. Mənzil ilkin olaraq 2 otaqlı olub və funksional şəkildə 3 otağa düzəldilib. Düzgün planlaşdırılması sayəsində sahədən maksimum səmərəli istifadə olunub. Mənzil super təmirli vəziyyətdədir və rahat yaşayış üçün tam hazırdır. Mənzilin yerləşdiyi ərazi həm yaşayış, həm də investisiya baxımından əlverişlidir. Tibb Universitetinin tam yanında olması ərazidə kirayə tələbatına müsbət təsir edən əsas amillərdəndir. Bu səbəbdən mənzil həm şəxsi yaşayış, həm də uzunmüddətli investisiya və kirayə məqsədilə nəzərdən keçirilə bilər. Ətraf ərazidə məktəblər, uşaq bağçaları, marketlər, apteklər, klinikalar, restoran və kafelər, müxtəlif xidmət və iaşə obyektləri yerləşir. Mərkəzi lokasiya şəhərin müxtəlif istiqamətlərinə rahat hərəkət etməyə imkan verir və gündəlik həyat üçün lazım olan bütün əsas infrastruktura yaxınlıq yaradır. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az