RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
95 m²
Mərtəbə
7/20
Təmir
Təmirli
Növü
Yeni tikili

**20 Yanvar metrosu yaxınlığında – Melissa Park yaşayış kompleksində 3 otaqlı mənzil satılır!** Melissa Park yaşayış kompleksində, **20 mərtəbəli binanın 7-ci mərtəbəsində** yerləşən, **qanuni 3 otaqlı, qismən əşyalı mənzil** satışa çıxarılır. Mənzil **işıqlı və yelçəkəndir**, 2 eyvanı mövcuddur və hər iki eyvan **cam balkon sistemi ilə bağlanıb**. Mənzildə: - Mətbəx ilə qonaq otağı arasındakı arakəsmə ləğv edilərək **studia tipli planlama** yaradılıb; - Kiçik sanitar qovşaq ləğv edilərək yataq otağında **geniş qarderob** quraşdırılıb; - **Qaz, işıq və su daimidir**; - İsitmə sistemi **kombidir**; - Hamam otağında **isti döşəmə sistemi** mövcuddur; - Mənzilin **çıxarışı (kupçası) var** və **dövlət ipotekasına yararlıdır**. Kompleksin üstünlükləri - **7/24 mühafizə xidməti**; - Təhlükəsizlik kameraları; - **2 sərnişin və 1 yük lifti**; - 5 mərtəbəli yeraltı avtodayanacaq; - Avtodayanacağın hər mərtəbəsindən birbaşa yaşayış binasına çıxan lift; - Fövqəladə hallar üçün **lift generatoru**; - Fövqəladə çıxış pilləkəni; - **Yanğın əleyhinə su xətti**; - Yanğın və təhlükəsizlik **siqnalizasiya sistemi**. **Lokasiya:** - **20 Yanvar metrosuna piyada 5 dəqiqə** məsafədə; - Zərdabi və Tbilisi prospektlərinə birbaşa çıxış; - Kompleksin qarşısındakı binada **böyük və yeni açılmış Melissa Market** yerləşir. Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişli lokasiyada yerləşir. 📞 Əlavə məlumat və mənzilə baxış üçün zəng edə və ya **WhatsApp** vasitəsilə əlaqə saxlaya bilərsiniz. 💼 **Ofis haqqı: 1%** — alıcı tərəfindən ödənilir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az