Əmlak haqqında
- Otaq sayı
- 3
- Sahə
- 116 m²
- Mərtəbə
- 14/14
- Təmir
- Təmirli
- Növü
- Yeni tikili
AZADLIQ METROSUNDA 116 KV.M MƏNZİL Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində, Tennis Akademiyası və 248 nömrəli məktəbin yaxınlığında yerləşən geniş və yüksək səviyyədə təmir olunmuş mənzil satışa təqdim olunur. Mənzil Azadlıq metrosuyaxınlığında, sakit və əlverişli yaşayış mühitinə malik ərazidə yerləşir. Ümumi sahəsi 116 kv.m olan mənzil hazırda 2 otaqlı planlamadadır – geniş qonaq otağı və ayrıca yataq otağından ibarətdir. Kupçada isə mənzil 3 otaq kimi qeyd olunub. Mənzil yüksək zövqlə, keyfiyyətli materiallardan istifadə olunmaqla təmir edilib. Geniş sahəsi və funksional planlaması sayəsində həm rahat yaşayış, həm də şəxsi zövqə uyğun əlavə dəyişikliklər üçün geniş imkan yaradır. Mənzil FULL əşyalı satılır və yeni sahib üçün əlavə xərc tələb etmədən birbaşa yaşayışa hazır vəziyyətdədir. Mənzildə ayrıca mətbəx, çamaşır otağı, hamam və sanitar qovşaq mövcuddur. Kommunal təminat tamdır: qaz, su və işıq daimidir, internet xətti mövcuddur. Binada sürətli lift fəaliyyət göstərir və mühafizə sistemi ilə təmin olunub. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir.
Yerləşmə
Oxşar elanlar
Azadlıq Prospekti m., Bakı
Azadlıq Prospekti m., Bakı
Azadlıq Prospekti m., Bakı
Azadlıq Prospekti m., Bakı