RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

10 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
110 m²
Mərtəbə
7/12
Təmir
Yeni təmirli
Növü
Yeni tikili

Hazır ipotekada olan Xətai rayonu, Xətai metrosuna yaxın, SOCAR binasında 3 otaqlı, geniş və işıqlı mənzil satışa təqdim olunur. Mənzil 12 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 110 kv.m-dir. Mənzil təmirlidir, əşyaları ilə birlikdə satılır və yaşayış üçün tam hazır vəziyyətdədir. Əsas məlumatlar: Çıxarış (kupça) Əşyalı Təmirli və yaşayışa hazır Qaz, su və işıq daimidir Binada mərkəzi istilik sistemi mövcuddur Komendant ödənişi aylıq 15 AZN Mənzilin yerləşməsi xüsusilə əlverişlidir. Xətai metrosuna cəmi bir neçə dəqiqəlik piyada məsafəsindədir. Yaxınlıqda Araz və Bravo marketləri, Babək Plaza, Dəmirçi Plaza və digər gündəlik tələbat üçün zəruri iaşə və xidmət obyektləri yerləşir. Mənzil hazırda güzəştli ipotekadadır. İlkin ödəniş: 247 000 AZN Qalıq ipoteka borcu: 87 000 AZN İllik faiz dərəcəsi: 4% Aylıq ödəniş: 540 AZN Müddət: 25 il Nəğd 330000 Azn Rəsmi gəliri və bankın tələblərinə uyğunluğu olan alıcı ilə ipotekanın onun adına keçirilməsi məsələsi razılaşdırıla bilər. Nağd alış zamanı isə alqı-satqı prosesində ipoteka borcu tam bağlanaraq mənzil alıcıya ipoteka öhdəliyi olmadan təhvil verilə bilər. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Lalafo.az