RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

18 şəkil

Əmlak haqqında

Otaq sayı
2
Sahə
65 m²
Mərtəbə
7/9
Təmir
Yeni təmirli
Növü
Köhnə tikili

Satılır — 2 otaqlı mənzil | Atatürk parkı yaxınlığı | Kupçalı 🏡 Atatürk parkı yaxınlığında və Gənclik metrosundan 10 dəqiqəlik məsafədə yerləşən, Leninqrad layihəli 2 otaqlı mənzil satışa çıxarılıb. Mənzil 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Mənzil əla təmirlidir, təmirdən sonra demək olarki yaşayış olmayıb. Mənzildə təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub, 1-ci növ parket döşənib. Eyvan önə verilib, bağlanaraq otağa qatılıb və mənzilə əlavə rahatlıq qazandırıb. Binada lift yenilənib, bloklar isə yeni təmir olunub. Mənzildə İmmergas kombi sistemi quraşdırılıb. Mətbəx və digər quraşdırılmış mebellər mənzildə qalacaq. 📍 Dayanacaqlara, böyük marketlərə, məktəb və bağçalara yaxın yerləşir 📍 Ətrafda yeni yaradılmış uşaq meydançaları mövcuddur 📍 İpotekaya yararlıdır Ev sahibi özüməm. Maraqlananlar qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Lalafo.az