RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
105 m²
Torpaq
1,00 sot
Növü
Həyət evi / Villa

Fransız layihəsi ilə inşa edilmiş, 2 mərtəbə, 4 otaq, 2 sanuzel, 1 mini depodan, 2 kiçik balkondan və 1 sot şəxsi həyətyanı sahədən ibarət town house-villa, Duz gölündən yuxarıda yerləşir. Buranın havası Naxçıvandakı Duzdağla müqayisə olunur. Müalicəvi əhəmiyyəti var. Ev Novxanı yolunun yaxınlığında sakit, ekoloji təmiz, elit ərazidə yerləşir. Ətrafda yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur. Qaz,işıq,su fasiləsizdir. İstilik sistemi kombidir. Ehtiyat olaraq boksda Ariston da var. İnterneti KaTv təmin edir. 1 mexaniki qapı və 1 avtomatik darvazası var. Darvaza uzaqdan idarəetmə pultu ilə açılıb-bağlanır. Çöl tərəfdə hasarboyu piramida şam, zeytun ağacları və güllər əkilib. Əsas yoldan evə qədər bütün yol örtüyü asfaltdır. Məşhur badam bağları ərazisindəki Villa Badam və Park Solero kimi elit komplekslərlə eyni sırada yerləşir. Evdən şəhərə 8 km məsafə var. Mülkiyyət sənədi çıxarışdır. Ev yaşayış üçün zəruri olan hər cür mebel və elektrik məişət əşyaları ilə təmin olunmuşdur və əşyalar ilə birgə satılır. Tam qanuni, rəsmi şəkildə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də satıla bilər. Qiymət barədə müəyyən razılaşma mümkündür.

Oxşar elanlar

Mənbədə bax — Yeniemlak.az