Об объекте
- Комнат
- 2
- Площадь
- 50 m²
- Этаж
- 15/16
- Ремонт
- Təmirli
- Тип
- Новостройка
- Ипотека
- Есть
PARK YASAMAL 2-də şəxsi, tam əşyalı və texnikalı mənzil satılır Park Yasamal 2 yaşayış kompleksinin 1-ci layihəsində, 16 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən, şəxsi yaşayış üçün istifadə etdiyim, xüsusi zövqlə və keyfiyyətli materiallarla təchiz olunmuş 2 otaqlı (yataq + qonaq studio) mənzilimi satıram. Kupçalıdır, ipotekaya yararlıdır. ☀️ Günəşli tərəfdir. Mənzilin əsas üstünlüklərindən biri açıq panoramik mənzərəsidir: həyət, qismən göl, dəniz, Alov Qüllələri, Televiziya qülləsi və Bayraq Meydanı istiqamətində mənzərə açılır. 14-cü mərtəbədən aşağıda bu mənzərələrin böyük hissəsi görünmür. 🏠 Mənzil: • Tam əşyalı və texnikalı satılır, bütün texnika qiymətə daxildir • Xüsusi sifarişlə hazırlanmış Türkiyə istehsalı mebellər • Döşəmədən tavana qədər panoramik vitraj pəncərələr • Yataq otağından eyvana çıxış • Dəhliz və sanitar qovşaqda isti pol • Otaqlarda Coswick (Kanada) parketi • Mərtəbədə cəmi 6 mənzil • Yüksək səs izolyasiyası – qonşuların gündəlik səsləri eşidilmir 🏢 Bina və kompleks: • 2 sürətli Mitsubishi (Yaponiya) lifti, liftlə birbaşa yeraltı parkingə çıxış • Qapalı və 24/7 nəzarətli həyət, həyətə giriş şlaqbaumla • Telefonda tətbiq vasitəsilə açılan domofon • 2 mərtəbəli yeraltı parking və liftlə birbaşa parkingə çıxış • Geniş yaşıllıq və abadlaşdırılmış həyət • 2 uşaq oyun meydançası • 21:00-a qədər fəaliyyət göstərən futbol/basketbol meydançası • Fəvvarənin altında balıqlı hovuz • Göl ətrafında salınan park 📍 İnfrastruktur: Kompleksin ətrafında gündəlik həyat üçün lazım olan infrastruktur piyada məsafəsindədir: BakuBus 9, 10 və 7B son dayanacaqları, kafelər, restoranlar, gözəllik salonları, gül dükanı, Rahat Market, Bravo, Araz, Bazar Store, meyvə-tərəvəz dükanları və digər xidmətlər. Zefir Mall. Patandart yoluna birbaşa çıxış mövcuddur. ASAN xidmət istiqamətinə rahat çıxış var. İlin sonuna qədər Kaktus istiqamətində yeni yolun açılması gözlənilir. 🔧 İstifadə olunan materiallar: Bina tikintisi Türkiyədə baş vermiş zəlzələdən sonra başlayıb və layihənin konstruktiv hissəsində zəlzələ riskinə qarşı əlavə tədbirlər görülüb. • Sement – Norm • Santexnika – Grohe (Almaniya) • Divar kağızları – Zambaiti Parati (İtaliya), yuyulan • Parket – Coswick (Kanada) • Elektrik kabelləri – Prysmian (İtaliya), yanmayan • Kombi – Immergas (Türkiyə) • Liftlər – Mitsubishi (Yaponiya) 💧 Su, qaz, işıq və internet daimidir. Aylıq kommunal ödəniş – 31 AZN. Mənzildə olan bütün mebel, məişət texnikası və elektronika qiymətə daxildir və heç nə çıxarılmır. Soyuducu, paltaryuyan, qabyuyan maşın, soba, bişirmə paneli, kondisioner, televizor və digər avadanlıqların hamısı mənzildə qalır. Mənzil şəxsi yaşayış üçün, keyfiyyətli materiallar, xüsusi sifarişlə hazırlanmış mebellər və peşəkar şəkildə düşünülmüş işıqlandırma ilə hazırlanıb. Çox rahat, sakit və isti auralı evdir. Əlavə təmir, mebel və texnika xərci tələb etmədən açarı alıb birbaşa köçüb yaşamaq mümkündür. Mənzilin üstünlüklərini yerində görmək üçün baxış mümkündür.
Расположение
Похожие объявления
Yasamal r., Bakı
Yasamal q., Bakı
Yasamal q., Bakı
Yasamal r., Bakı
Yasamal r., Bakı
Yasamal r., Bakı
Yasamal r., Bakı
Yasamal r., Bakı