RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
6
Sahə
240 m²
Mərtəbə
1/1
Təmir
Əla
Növü
Həyət evi / Villa
İstilik
Kombi

Xəzər rayonu, Buzovna qəsəbəsi, Baş Nazir küçəsində yerləşən 4 sot torpaq sahəsində inşa edilmiş 240 kv.m sahəsi olan 6 otaqlı fərdi yaşayış evi satılır. Ev 3 yataq otağı, 1 qonaq otağı, 1 geniş mətbəx və 1 sanitar qovşaqdan ibarətdir. Şəxsi istifadə üçün möhkəm və keyfiyyətlə tikilmiş, 12 daş üzərində inşa edilmişdir. Ev tam təmirlidir, kombi sistemi ilə təchiz olunub və yaşayış üçün heç bir əlavə xərc tələb etmir. Geniş və işıqlı otaqları, zirzəmisi (padvalı) mövcuddur. Evin qarşısında üstüörtülü kölgəlik, həyətdə tamet döşəməsi var. Həyətdə dekorativ ağaclar, güllər və müxtəlif meyvə ağacları əkilmişdir. Bundan əlavə, həyətin kənarında əlavə torpaq sahəsi də mövcuddur.Ev ana yoldan 450 m içəridə yerləşir. Sənədləri tam qaydasındadır, paket kupçadır. Rahat və sakit yaşayış üçün əlverişli ərazidə yerləşir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Ipoteka.az