RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
220 m²
Mərtəbə
11/16
Təmir
Təmirli
Növü
Yeni tikili
İpoteka
Var

Gənclik metrosunun üzərində, premium təmirli və geniş mənzil təcili satılır! Mənzil şəhərin ən əlverişli və prestijli ərazilərindən birində, Gənclik metrosuna cəmi 3 dəqiqəlik piyada məsafədə yerləşir. Gənclik Mall, Yeni Gənclik parkı, Zoopark, Dədə Qorqud və Zorge parklarına, iri supermarketlərə, məktəb və bağçalara, ADA Universitetinə, Azərbaycan Universitetinə, Bakı Sağlamlıq Mərkəzinə və Bakı Klinikasına yaxın ərazidədir. Ərazi geniş yaşıllıq zonaları ilə əhatə olunub. Mərkəzdə yerləşməsinə baxmayaraq, yaşıllığı və rahatlığı ilə seçilir. Metroya yaxınlıq isə şəhər daxilində rahat hərəkət üçün böyük üstünlük yaradır. Mənzil 4 otaqdan 3 otağa ideal şəkildə dəyişdirilib və yüksək səviyyədə, bahalı materiallardan istifadə olunmaqla təmir edilib. Mənzil Rumıniya istehsalı bahalı ağac mebellərlə, təbii ağac qapılar və İtaliya istehsalı mətbəx mebeli ilə tam təchiz olunub və yaşayış üçün hazır vəziyyətdədir. 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Geniş və açıq panoraması, şəhərə gözəl mənzərəsi və premium təmiri bu mənzili həm komfortlu yaşayış, həm də dəyərli daşınmaz əmlak yatırımı üçün ideal seçim edir. Bu lokasiyada belə təmirli mənzil yoxdur. Sənədləri qaydasındadır, çıxarışı var. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az