RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
3
Sahə
60 m²
Mərtəbə
9/9
Təmir
Təmirli
Növü
Köhnə tikili
İpoteka
Var

🏠 ƏHMƏDLİDƏ ƏLA TƏMİRLİ 3 OTAQLI MƏNZİL SATILIR! 📍 Ünvan: Əhmədli qəsəbəsi, Neapol küçəsi — Zərifə Əliyeva adına uşaq bağçasının yanı 🚇 Əhmədli metro stansiyasına piyada 6–7 dəqiqə 🏢 Kiyev layihəli bina 🔹 9 mərtəbəli binanın 9-cu mərtəbəsi 🔹 60 m² 🔹 Qanuni 2 otaq, 2-dən 3 otağa ideal şəkildə düzəldilib 🔹 Mənzil yelçəkəndir 🔹 Şəxsi və keyfiyyətli təmir 🔹 Kupça (çıxarış) var 🔹 İpotekaya yararlıdır ✨ Mənzil haqqında: Yeni və keyfiyyətli tikinti materiallarından istifadə olunaraq təmir edilib Döşəmə laminatı taxta diklərin üzərində quraşdırılıb Bütün radiatorlar yenidir Qaz, su və işıq daimidir Mərkəzi istilik sistemi mənzilə çəkilib Yeni mətbəx mebeli quraşdırılıb Mənzildə bəzi əşyalar qalacaq Mənzilə məxsus kladovka (saxlama otağı) mövcuddur Binanın dam hissəsi əsaslı şəkildə bərpa olunub Damda 1 tonluq ehtiyat su çəni mövcuddur Bina və blok 24 saat videomüşahidə altındadır Bina yaxın zamanda əsaslı təmirdən çıxıb Sakit, səliqəli və yaşıllıqla əhatə olunmuş həyət 🌳 Ətraf infrastruktur: Yaxınlıqda Zərifə Əliyeva adına uşaq bağçası, məktəblər, marketlər, parkinq, istirahət üçün söhbətgahlar və digər zəruri obyektlər yerləşir. Heydər Əliyev Parkına da yaxın məsafədədir. 💰 Qiymət: 165 000 AZN 🔥 Real alıcıya qiymətdə endirim mümkündür! 📞 Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az