RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

10 şəkil

Əmlak haqqında

Otaq sayı
2
Sahə
60 m²
Mərtəbə
9/9
Təmir
Təmirli
Növü
Köhnə tikili

*** NƏSİMİDƏ ADİL MƏMMƏDOV KÜÇƏSİNDƏ QANUNİ 2 OTAQLI MƏNZİL*** Bakı şəhəri, Adil Məmmədov küçəsində, Əcəmi və Nəsimi metrosuna yanında yerləşən tam təmirli mənzil satışa təqdim olunur. Əlverişli lokasiyası, yeni təmiri və yaşayış olmaması ilə seçilən mənzil birbaşa köçüb yaşamaq üçün hazır vəziyyətdədir. Mənzil 9 mərtəbəli Leninqrad layihəli binanın 9-cu mərtəbəsində yerləşir. Ümumi sahəsi 60 kv.m təşkil edir və qanuni 2 otaqdan ibarətdir. Mənzil tam təmir olunub və təmirdən sonra heç kim yaşamayıb. Bu səbəbdən yeni sahib əlavə təmir və yenilənmə xərcləri çəkmədən mənzildən istifadə edə bilər. Mənzildə komfortlu yaşayış üçün isti pol sistemi və mərkəzi istilik sistemi mövcuddur. Binada yeni lift quraşdırılıb. Bundan əlavə, binanın üst hissəsi 3 qat tolalanıb, bu da xüsusilə son mərtəbədə yerləşən mənzil üçün mühüm üstünlüklərdən biridir. Mənzilin yerləşdiyi ərazi də gündəlik həyat üçün kifayət qədər əlverişlidir. Əcəmi metrosuna yaxınlığı və avtobus dayanacağının binanın yanında yerləşməsi şəhərin müxtəlif istiqamətlərinə rahat hərəkət imkanı yaradır. Ətrafda marketlər, apteklər, məktəblər, uşaq bağçaları, mağazalar və müxtəlif xidmət və iaşə obyektləri yerləşir. Mənzil həm şəxsi yaşayış, həm də kirayə və investisiya məqsədilə nəzərdən keçirilə bilər. Xüsusilə təmirdən sonra yaşayış olmaması mənzili yeni və hazır vəziyyətdə ev axtaran alıcılar üçün daha cəlbedici edir. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az