RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

12 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
70 m²
Mərtəbə
3/5
Növü
Köhnə tikili

Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 53 ünvanında, Qələbə Residence-in tam yanında 5 mərtəbəli xruşovka layihəli binanın 3-cü mərtəbəsində mənzil satılır. Mənzil ilkin olaraq 2 otaqlı olub, əlavə 2 otaq artırılaraq ümumilikdə 4 otağa düzəldilib. Ümumi sahəsi 70 kv.m-dir. Təmiri köhnədir, hal-hazırda içində yaşayış var, istəyən öz zövqünə uyğun təmir edib yaşaya bilər. Binanın suyu, qazı və işığı daimidir. Qazlı və kupçalı binadır. Sənədi KUPÇADIR. Yerləşməsi superdir - yanında məktəb və bağça var, İnşaatçılar metrosuna piyada cəmi 5 dəqiqəlik məsafədədir. Qələbə Residence, ətrafında bütün iaşə obyektləri, marketlər və dayanacaqlar var. Əlavə üstünlüyü - Balkona pilləkan quraşdırıb obyekt kimi də istifadə etmək mümkündür, həm yaşayış, həm də kiçik biznes üçün çox əlverişlidir. Həm kupçalı, həm metroya yaxın, həm də 4 otağa düzəlmə geniş ev axtaranlar üçün əla fürsətdir. Əlavə məlumat və baxış üçün bizimlə əlaqə saxlayın.

Oxşar elanlar

Mənbədə bax — Yeniemlak.az