RU

WhatsApp ilə giriş

Parol yoxdur — nömrənizə kod göndəririk.

20 şəkil

Əmlak haqqında

Otaq sayı
4
Sahə
234 m²
Mərtəbə
4/17
Təmir
Təmirli
Növü
Yeni tikili
İpoteka
Var

Qarabağ küçəsində yerləşən Armoni Residence yaşayış kompleksinin VIP blokunda yaşayış olmamış, yeni və yüksək səviyyəli təmirli 4 otaqlı mənzil satışa təqdim olunur. Çıxarışlı (Kupçalı) -- İpotekaya yararlıdır. Mənzil tam əşyalı və texnika ilə təchiz olunub, təmirdən sonra yaşayış olmayıb. Yelçəkən (skvoznoy) planlamaya malikdir, otaqlar geniş və işıqlıdır. VIP blokun üstünlüklərindən biri də mərtəbədə cəmi 2 qonşu mənzil mövcuddur. Mənzildə 3 sanitar qovşaq var: 2-si yataq otaqlarının daxilində, 1-i isə zal. Sonluqda yerləşdirilən S/Q zalda yerləşəndir. 3 eyvan çıxışı var. Qaz, işıq, su daimidir. Təmir zamanı yalnız yüksək keyfiyyətli və brend materiallardan istifadə olunub: İtaliya istehsalı parket, dekorativ boya, İtaliya və İspaniya istehsalı aksesuarlar, GEWISS elektrik avadanlıqları, bazalı yataq dəstləri və ortopedik matraslar. Mənzil isti döşəmə sistemi və kombi ilə təchiz olunub. Kompleksdə 2 mərtəbəli yeraltı parking, geniş abadlaşdırılmış həyət, stadion, uşaq oyun meydançası, sürətli liftlər, 24/7 mühafizə və müşahidə kameraları, yanğın təhlükəsizliyi sistemi mövcuddur. Premium lokasiyası, VIP blokda yerləşməsi, yaşayış olmaması və yüksək səviyyəli təmir-furnitur komplekti ilə mənzil hazır vəziyyətdə, əlavə xərc tələb etmədən yaşayış üçün ideal təklifdir Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası, alıcı tərəfindən satış məbləğinin 1%-ni təşkil edir.

Yerləşmə

Oxşar elanlar

Mənbədə bax — Bina.az